|
"DAN"
Beynəlmiləçi Gənclər İctimai Birliyi 2002 ildən fəaliyyət göstərən qeyri-hökümət, qeyri-kommersiya və qeyri-siyası təşkilatdır. Birliyin məqsədi : * Azərbaycanda yaşayan dinindən, dilindən, milliyətindən, irqindən asılı olmayaraq kimsəsiz uşaq, yeniyetmə və gənclərin dostluq,həmrəyliyinə əsaslanmaqla fəaliyyət göstərmək, müxtəlif ölkələrdə yaşayan xalqların kimsəsiz gənc nümayəndələrin hüquqlarının müdafiəsində iştirak etməkdir. * Təşkilat üzvləri valideyn himayəsindən məhrum olmuş uşaq, yeniyetmə və gənclərə maddi və mənəvi yardım, hüquqlarının müdafiəsi, onların yaşayış və iş yerləri barədə dövlət qarşısında vəsadət qaldırırlar. * Təşkilat üzvləri müxtəlif təhsil müəssisələrinin müəllim heyəti ilə treninqlər təşkil edir, sağlam həyat tərzinin təbliğinə dair kvalifikasiyalı mütəxəsislərin seminarlarını təşkil edir, dünyanın çox ölkələrində olan gənclər təşkilatları ilə sıx əlaqə və təcrübə mübadiləsi yaradır. * Ətraf mühitin, təbiətin qorunması üçün təşkilatın aktiv üzvləri layihələr çərçivəsində yoxlamalar, reydlər və bunların əsasında tərtib olunmuş materialların müvafiq orqanlara təqdim edirlər. Təsisçilərinin siyahısı: Teymurova Gülarə Əli qızı - 1985-ci ildən AzTU-nun rus dili kafedrasının baş müəllimi «Dan» Beynəlmiləlçi Gənclər İctimai Birliyin sədri Hüseynova Zoya Numan qızı - 1989-ci ildən Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evinin müdiri Muradova Delarə Əli qızı - 2002-ci ilə qədər AzİMU-nun hazırlıq fakultəsinin müəllimi. Xəlilova Vüsalə Etibar qızı - Bakı şəh.,2000-ci ildən Xətai rayonu 3 saylı uşaq evinin psixoloqu |