2. Azərbaycanda keçirilən uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların "DAN ULDUZU " III Beynəlxalq Bədii Yaradıcılıq Festivahnın adı, loqotipi, simvolikası festivalın müdiriyyəti tərəfındən yaradılmış və onun şəxsi intelektuallığına məxsusdur.
Festivalın əsas məqsəd və vəzifələri:
1. Beynəlxalq İctimaiyyətin nümayəndələrinin - dövlət və ictimai təşkilatların, mədəniyyət və yaradıcılıq ittifaqlarının, beynəlxalq təşkilat və xeyriyyə fondlarının, incəsənət və mədəniyyət xadimlərinin, özəl sektor və KIV-in diqqətini uşaqlarda estetik tərbiyənin formalaşmasına cəlb etmək;
2. Uşaqları yaradıcı şəxsiyyət kimi inkişaf etdirməklə yanaşı onlara estetik hissləri və dünyəvi dəyərləri aşılamaq;
3. Uşaqlarda milli mənəvi dəyərlərə - mədəniyyətə, dünya xalqların adət-ənənələrinə
hörmətlə yanaşma və qoruyub-saxlama hissini formalaşdırmaq;
4. İstedadlı uşaqlann aşkara çıxarılmasına konkret köməklik göstərmək.
5. Valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi problemlərinin həllinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək
Festivalın şərtləri və keçirilmə qaydaları
1. "DAN ULDUZU " III Beynəlxalq Bədii Yaradıcılıq Festivalında hər nümayəndə heyəti öz ölkəsini təqdim edəcək. azərbaycanı ölkəmizdə olan kimsəsiz uşaqlar üçün uşaq evləri və internat məktəblərinin nümayəndə heyətləri təqdim edəcək.
2. Konsert proqramı festivalın müdiriyyətinə videokassetdə təqdim olunur. festival müdriyyətinin və münsiflər heyətinin qərarı ilə azərbaycanı təqdim edən nömrələr seçilir.
3. Təqdim edilən konsert proqramı yeni olmalı və erkən Ğdan ulduzuğ festivallarında nümayiş etdirilən proqram təkrar edilməməlidir,
4. İştirak etmək üçün festivala yalnız 5 yaşından 18 yaşa qədər uşaq evləri və internat məktəblərində tərbiyə alan yaradıcılıq bacarığı olan uşaqlar buraxılır.
5. Audio-video kasetlərdən əlavə bildirişə festival iştirakçıları, onları müşaiət edən nümayəndənin (bif nəfər) 2 rəngli foto şəkil (arxasında adı və soyadı yazılmaqla) və göndərən nümayəndə heyətinin tam siyahısı əlavə edilir. siyahıdakı bütün düzəlişlər müəyyənləşdirilərək, təsdiqlənib, sənədləşdirilməli və yazılı surətdə festival müdriyyətinin ünvanına 1 aprel 2006-ci ilədək göndərilməlidir.
6. Formaya əlavə edilən bildiriş, siyahı, foto şəkil, audio-video kasetter 1 aprel 2006-dı il tarixdən gec olmayaraq festivalın müdiriyyətinin ünvanına göndərilməlidir. göstərilən tarixdən sonra göndərilən materiallara baxılmayacaq və müdiriyyət tərəfindən qəbul ediiməyəcək.
7. Festivalın müdiriyyəti təşkilat komitəsi adından göndərilən bildiriş və audio və video kasettlərə vazılan konsert nömrəleri əsasında 2006-cı ii may ayının 1-dən uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların "dan ulduzu" iii beynəlxalq bədii yaradıcılıq festivalında iştirak etməkdən ötrü rəsmi dəvstnamələr göndərir,
8. İştirakçilann qarşılanması, yaşayışı, qidalanması, festivalın televiziya ilə nümayişi, priz fondu, hədiyyələr, yadigar diplomların hazırlanması, festival iştirakçıları üçün mədəni proqramın təşkili, hər hansı bir konsert meydançalarının icarəsi və mühafizə işləri ilə bağlı olan bütün
xərclər festival müdiriyyəttnin üzərinə düşür.
9. Festival iştirakçıları və onları müşaiət edən şəxslərin festivalın keçiriləcəyi yerə - bakıya və bakıdan geri qayıtmaq üçün lazim olan yol xərcləri göndərən müəssisənin və yaxud yerli icra hakimiyyətlərin, uşaq fondların bölmələri, xeyriyyə təşkilatların və ya himayədarların
hesabınadır.
10. Festival iştirakçılarının gəlişi və qeydiyyatı dəvətnamədə göstərilən tarixlə uyğun olmalıdır. iştirakçının gəliş-gedişi festivalın açılış mərasimindən qabaq və yaxud rəsmi bağlanışdan sonra təmın edılməzsə, onun yaşayiş və qidalanma xərcləri göndərən tərəfin hesabınadır.
11. Göndərən tərəf nümayəndə heyətinin bakıya gəliş tarixi və vaxtı barədə mütləq qaydada festivalın müdiriyyətinə xəbər verməlidir.
12. Dəvətnamədə təyin edilmiş rəsmi vaxtdan əvvəl gələnlər yaşayış yeri və qida ilə təmin edilməyəcək.
13.Gecikənlərə festivalda iştirak etməyə icazə verilmir.
14. Dəvətnaməsiz gələnlər iştirak etməyə buraxılmır və yerlə təmin olunmur.
Festivalın bölmələri (nomınasıyaları).
Festivalda iştirakçılar kollektiv və ya fərdi surətdə milli mədəntyyətini təqdim edən konsert proqramı ilə çıxış edir. hər nömrənin xronometrajı (səslənmə müddəti) 3 dəqiqədən artıq olmamalıdır.
1. Vokal ifasi.
Xalq musiqi əsərlərinin ifaçıları iştirak edir. qeyd:"+" fonoqram ifası qadağandır.
2. Rəqs.
Xalq rəqslərinin ifaçıları iştirak edir.
3. Müxtəlif instrumental musiqi alətiərində ifa.
Xalq musiqi alətləri ifaçıları və instrumental ansamblları iştirak edir.
4. Orijinal janr
Pantomim, təqljd (parodiya), bədii qiraət (şer), monoloq ifaçıları iştirak edir.
5. Kiçik həcmli teatr səhnəcikləri (15 dəqiqədən artıq olmamaq şərtilə)
xalq nağılları, milli folklor, müəllif tamaşaları.
Hər bir iştirakçının müvəffəqiyyətli ifası üçün lazımı rekviziti, o cümlədən müxtəlif musiqi alətləri olmalıdır. Əgər rekvizitin ölçüsü böyük, iakin iştirakçının çıxışı üçün vacibdirsə, bu haqda festival rnüdiriyyətini əvvəlcədən xəbərdar etmək lazımdır.
İştirakçıların instrumental qrup, ansambl və ya akampaniator müşaiəti ilə ifasına icazə verilir.
nömrələrin musiqi müşaiəti üçün instrumental fonoqram keyfıyyətli olmalıdır və kasetdə, mini diskdə və ya cd variantda yazılmalıdır.
Festivalın münsiflər heyəti
Festivala videokasetterin vasitəsi llə təqdim olunan nömrələri münsiflər heyəti əsasnamənin tərkib hissəsi olan reqlament əsasında qiymatləndirir.
Münsiflər heyətinin üzvləri festivalın müdiriyyəti tərəfindən təsdiqlənir.
Münsiflər heyəti populyar musiqiçilər, bəstəkarlar, aktyorlar, şairlər, prodüsserlər, rejissorlar, jurnalistlər, sponsorlar, festivalın himayədarları, siyasi-ictimai xadimlər, festivalın ideyalarını tanıtdıran digər yaradıcı ziyalılar və işgüzar adamlardan ibarətdir.
Festivalın təşkilat komitəsi münsiflər heyətinin formalaşmış tərkibini təsdiq edir.
Münsiflər heyətinin qərarı protokollaşdırılır və dəyişdirilmir.
Qivmətiəndirmə kriteriyası
♦ müsabiqənin şərtlərinə müvafiq olmaq
♦ repertuarın seçilməsi
♦ fərdilik
♦ səhne obrazı
♦ İfaçılıq ustalığı
♦ aktyorluq məharəti
Mükafatlandırma
Uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların "dan ulduzu" İİİ beynəlxalq bədii yaradıcılıq festivalının laureatı" adı ilə bərabər, yadigar olaraq diplom və qiymətli hədiyyələr təqdim ediləcək.
təşkilatlar, müəssisələr, ictimai-kütləvi informasiya vasitələri və fərdlər festivalın müdiriyyəti ilə razılaşdırılaraq xüsusi mükafatlar vermək hüququna malikdir.
Festivalın keçirilmə müddətİ 2006-ci İl may ayının 27-dən İyun ayının 2-dək müəyyənləşdİrİlmİşdİr.