|
|
 |
|
|
 |
 |
|
|
|
TƏŞKİLATIN TƏCRÜBƏSİ
|
|
|
|
“Dan” BGİB 6 il ərzində Azərbaycanda 6 uşaq evi və 10 internat məktəbi (valideyn himayəsindən məhrum olmuş, sağlamlığ imkanları məhdud olan: kor və zəif görən, lal-kar və zəif eşidən, əgli və fiziki qüsurlu olan), Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzində yaşayan və tərbiyə alan uşaqlarla, onların valideynləri və tərbiyəçiləri ilə müxtəlif yönümlü iş aparır.
Təşkilatın üzvləri olan alı məktəblərin müəllimləri, beynəlxalq təşkilatların ekspertləri, psixoloqlar, hüquqşunaslar, sosioloqlar və sosial işçilər maarifləndirmə, sosial iş, hüquqi yardım, psixiloji, maddi və mənəvi dəstək istiqamətində geniş fəaliyyət göstərirlər
Azərbaycan Respublikasinda Dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı çərçivəsində “Dan” BGBİ-nin əməkdaşları UNICEFin milli ekspertləri olaraq Təhsil Nazirliyi və UNİCEFlə birgə uşaq müəssisələrində müxtəlif istiqamətdə iş aparırlar.
Bu zaman ərzində “Dan” BGİB əsas fəaliyyət istiqamətində 25 layihə və 50 çox tədbirlər (dəyirmi masalar, konfranslar, seminarlar, treninqlər, icma görüşləri, mərkəzi və regional TV verlişlər, sərgilər, xeyriyə konsertləri, təqdimatlar və s.) keçirtmişdir.
“Dan” təşkilatı bu müddət ərzində fəal surətdə layihələrin bütün tərəfmüqabilləri ilə əməkdaşlıq razılığın alınması, pozitiv və inamlı münasibətlərin formalaşması, dövlət strukturları arasında Dövlət proqramı haqqında bilgilərin dahada dərinləşdirilməsi və cəmiyyətin və ya icmaların, o cümlədən valideyn və ailələrin mənfi münasibətinin dəyişdirilməsi, kimsəsiz uşaqlarda olan atılmış hissinin aradan qaldırılması və onların cəmiyyətin bir üzvü kimi tanınılması istiqamətində çoxlu maarfləndirmə işi aparmişdır.
Birlik öz fəaliyyətində dövlət təşkilatları (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın, Uşaq məssələləri üzrə Dövlət Komitəsi, Bakı şəhər və rayon İcra Hakimiyyətləri, Azərbaycan Dövlət Neft Şirkəti), yerli və beynəlxalq fondlar (Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondu, UNİCEF, «Other Space Foundation») və biznes strukturların dəstəyinə əsaslanaraq müxtəlif layıhələri həyata keçirir.
2007 ildə “Dan” BGİB müstəqil audit yoxlaması haqınnda donorlara hesabat vermişdir.
|
|
|
|
 |
|
|
|